Tiflisidə Azərbaycan türkcəsinə həsr edilmiş “Ana dilim” layihəsinin təqdimatı keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gürcüstanın paytaxtı Tiflisidə Azərbaycan türkcəsinə həsr edilmiş “Ana dilim” adlı sosial çarxın təqdimatı keçirilib.

Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin eyniadlı şeiri əsasında hazırlanmış sosial çarxda Azərbaycan dilinin Gürcüstanda yaşayan azərbaycanlılar arasında yaşadılması, gələcək nəsillərə təbliğ edilməsi hədəflənib. 8 dəqiqəlik çarxda müxtəlif yaş qrupları və sosial təbəqələrdən olan 31 azərbaycanlı B. Vahabzadənin “Ana dilim” şeirini səsləndirib. Layihənin rəhbəri Samirə Bayramova bildirib ki, video çarxın səhnələrinin çəkildiyi ərazilər də xüsusi həssaslıqla seçilib və bu ərazilər Gürcüstanda Azərbaycnlıların tarixən mövcud olduğu və qədim dövrlərdən bəri iz qoyduğu məkanlardır.

“Bu video çarx vasitəsi ilə Ana dilimizin qorunmasına və yerli azərbaycanlılar arasında təbliğinə, gələcək nəsillərin də bu dili qoruyub saxlamasına töhfə verməyə çalışmışıq. Videoçarxda eyni zamanda bizim tariximiz, keçmişimiz, milli kimliyimiz tərənnüm edilib. Şeirlərin səsləndirildiyi səhnələr də xüsusi həssaslıqla seçilib və bu yerlər azərbaycanlıların tarixi ilə sıx bağlıdır. Müxtəlif yaş qruplarından və sosial təbəqələrdən insanları bu layihəyə cəlb etməklə çalışmışıq göstərək ki, milli məsələlərdə hamı bir olmalıdır”,- deyə S. Bayramova bildirib.

Layihə iştirakçıların şəxsi vəsaiti hesabına 2 ay ərzində ərsəyə gətirilib. Təqdimat mərasimində Tiflisidə oxuyan azərbaycanlı tələbələr, gənclər, icma nümayəndələri və ziyalılar iştirak edib.

Həmçinin yoxlayın

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə …

Molla rejimi Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir

GADTB: İrqçi fars-molla rejimi məmurlrı Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir. Son həftə …

Bir cavab yazın