Bazar ertəsi , İyul 20 2026
azfa

Tovuz təxribatından sonra İranın Ermənistana hərtəfəli yardımı davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın Azərbaycana Tovuzdan hücumundan, eləcə də Türkiyə ilə Azərbaycanın birgə təlimləri fonunda İran Ermənistanı hərtərəfli himayə etməkdədir.

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfirinin Ermənistanın müdafiə naziri ilə görüşündən sonra, rejimin İrəvandakı səfiri Abbas Bədəxşan Zühuri ölkəsinin Ermənistana hərtərəfli dəstəyini göstərmək üçün bu ölkənin Sənaye və Yüksək Texnologiyalar naziri Hakob Arşakiyan ilə görüşüb.

İran səfiri bildirib ki, iki ölkə arasında mövcud olan tarixi və mədəni bağlar İranın Ermənistanla əlaqələrini möhkəmləndirməsini zəruri edir.

Tərəflərin iki ölkə arasında hər cür kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi barədə də fikir mübadiləsi apardıqları, eləcə də İranın Ermənistana PUA-lar istehsal etməyə yardım göstərməsi və s. məsələlər müzakirə edilib.

Bir neçə gün əvvəl isə İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zühuri və səfirliyin hərbi atteşesi, polkovnik Mehdi Heyət Vicdani Ermənistanın Müdafiə naziri David Tonoyanla görüşmüşdü. Görüş zamanı hərbi sahədə ikitərəfli münasibətlərin perspektivlərindən əlavə, Azərbaycanın Tovuzda Ermənistanın təxribatının qarşısını alan zaman istifadə etdiyi modern pilotsuz uçan aparatlar da müzakirə edilmişdi.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın