Tramp: ABŞ və İran müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlib, sənəd həftəsonu Avropada imzalana bilər

GADTB: ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 “Biz indicə İranla müharibənin başa çatdırılması ilə bağlı çox yaxşı razılaşmalar əldə etdik”, – deyə ABŞ prezidenti vurğulayıb.

Onun sözlərinə görə, tərəflər hazırda sənədləşmə prosesini yekunlaşdırırlar.

“Sənədlərin rəsmiləşdirilməsini başa çatdıracağıq. Bu, bir neçə gün ərzində həyata keçirilməlidir”, – deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, əldə olunmuş razılaşmaların imzalanması artıq bu həftəsonu baş tuta bilər.

“Razılaşma imzalanan kimi Hörmüz boğazı da rəsmi şəkildə açılacaq. Bu, çox tez, çox yaxın vaxtda baş verə bilər. Ola bilsin ki, həftəsonu Avropada baş tutsun. Mən orada olmayacağam, amma vitse-prezident Cey Di Vens iştirak edəcək”, – deyə Tramp bildirib.

Həmçinin yoxlayın

Ynet: İsrail ABŞ-ın genişmiqyaslı hücumuna hazır idi, lakin Tehran vaxt qazandı

GADTB: Ynet nəşrinin yaydığı məlumata görə, İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın nəzərdən keçirdiyini açıqladığı …

Zelenski: Xəzər dənizində İranın hərbi yükləri ilə əlaqəli gəmiləri hədəf aldıq

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Ukrayna Silahlı Qüvvələri …