Tramp: “İran rəsmiləri qapalı qapılar arxasında başqa cür davranırlar”

GADTB: ABŞ prezidenti Donald Tramp tanınmış siyasi şərhçi Hyu Hevitə müsahibəsində bildirib ki, İran nümayəndələri danışıqlar zamanı mediada və ictimai çıxışlarda istifadə etdikləri ritorikadan fərqli şəkildə davranırlar.

Onun sözlərinə görə, qapalı qapılar arxasında aparılan danışıqlarda Tehran nümayəndələrinin tonu və yanaşması açıq bəyanatlardan kəskin şəkildə fərqlənir.

Tramp, habelə, İranın növbəti liderlərini aradan qaldırmaqla bağlı suala cavab verərək, “Nə olacağını görəcəyik” ifadəsini işlədib. Tramp müsahibəsində İran rəsmilərinin razılaşma istədikləri, eyni zamanda bunu inkar etdiklərini xüsusilə vurğulayıb. Tramp hazırda İranın heç bir hərbi imkanının olmadığını da açıqlayıb.

Həmçinin yoxlayın

Vahid Əbhərinin müvəqqəti azadlığa buraxılması üçün girov yeni ittihamla ağırlaşdırılıb

GADTB: Azərbaycanlı milli-siyasi fəal Vahid Əbhəriyə qarşı Təbriz Ümumi və İnqilab Prokurorluğunun 3-cü istintaq şöbəsində …

Molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir

GADTB: İrqçi fars-molla rejimi Hörmüz boğazına nəzarəti saxlamaq üçün sığorta məsələsini gündəmə gətirir. Bu məqsədlə …