Şənbə , Oktyabr 17 2026
azfa

Trampın molla rejiminə qarşı geniş hərbi variantlar hazırladığı bildirilir

GADTB: Amerikalı siyasi analitik və fəal, Demokratiyaların Müdafiəsi Fondunun (FDD) baş məsləhətçisi Riçard Qoldberq bildirib ki, ABŞ prezidenti Donald Tramp molla rejimi ilə mümkün qarşıdurma üçün geniş hərbi variantlar hazırlayır. Qoldberq bunu “Fox News” telekanalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Vaşinqtonun nəzərdən keçirdiyi variantlar arasında rejimin əsas komandanlıq, nəzarət və rabitə infrastrukturlarının, raket proqramının və neft axınlarının hədəfə alınması da var. Qoldberq, habelə, “rejimin başını kəsmək” kimi təsvir etdiyi, rəhbər strukturları iflic etməyə yönələn ssenarilərin masada olduğunu qeyd edib.

Analitikin sözlərinə görə, İranda kütləvi edamlar artıq gizli şəkildə həyata keçirilir və bu proses ABŞ prezidentinin müəyyən etdiyi “qırmızı xətlərin faktiki olaraq pozulması” deməkdir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …