Çərşənbə , Oktyabr 21 2026
azfa

“Traxtur” yeni qələbə ilə turnir cədvəlində birinci yerə yüksəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın “Traxtur” klubu qələbə ilə turnir cədvəlində birinci yerə yüksəlib.

İran Premyer Liqasının səkkizinci həftəsinin təxirə salınan oyunları çərçivəsində Güney Azərbaycanın “Traxtur” klubu ilə Kirman əyalətinin Sircan şəhərinin “Qolqohər” klubu qarşılaşıb.

Oyun dekabrın 9-u axşam saatlarında Sircan şəhərinin “Şəhid Süleyman” stadionunda baş tutub.

Oyunun 43-cü dəqiqəsində “Traxtur”un hücumçularından birinin cərimə edilərək meydandan çıxarımasına baxmayaraq, Təbriz təmsilçisi qarşılaşmanı 2-0 hesablı qələbə ilə başa vurub.

Bununlada “Traxtur” 25 xalla Premyer Liqa turnir cədvəlinin zirvəsinə yüksəlib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …