Çərşənbə axşamı , Mart 10 2026
azfa

Türk imperatoru Atillanın övladları Avropada müstəqil qalmağı üstün tutur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk imperatoru Atillanın övladları Avropada daha müstəqil qalmağı üstün tutur.

Macarıstanın baş naziri Viktor Orban Avropadakı bəzi qüvvələrin millət dövlətləri əvəzinə Avropa Birləşmiş Dövlətləri qurmaq istədiklərini, lakin Macarıstanın bunun bir hissəsi olmaq istəmədiyini söylədi.

Macarıstandakı dövlət radiosu “Kossuth”a müsahibəsində V.Orban deyib: “Avropadakı bəzi qüvvələr millət dövlətləri əvəzinə Avropa ölkələrini əhatə edən bir imperiya qurmaq istəyir. Biz bunu qəbul etmir və bu fikrə tənqidlə yanaşırıq. Macarıstan heç bir şəkildə yeni imperiyanın bir hissəsi olmayacaq. Biz Macarıstan Macarıstan olaraq qalmaq istəyirik. İmperatorluq tərəfdarları hər fürsətdə Macarıstan hökumətini zəiflətməyə çalışır. İmmiqrasiya siyasəti və fövqəladə qanunları bunu göstərir.”

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın