Bazar , Oktyabr 25 2026
azfa

Türk Ölkələrin Əməkdaşlıq Şurasının üzvlərinin sayı arta bilər

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, bu fikir Türkiyənin İstanbul şəhərində Türk Ölkələrin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin VII toplantısı səsləndirilib.

Tədbirdə çıxış edən Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Şuraya üzv ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Nazirin sözlərinə görə, 2014-cü ildə Şuraya üzv ölkələrin ümumi ixracının həcmi 279 mlrd. dollar olduğu halda, 2016-cı ildə bu rəqəm 27% azalaraq 206 mlrd. dollar təşkil edib. N.Zeybekçi ixracın həcminin azalma səbəbi kimi dünya bazarında neftin qiymətinin kəskin azalmasını göstərib.

Nazirin fikrincə, qarşılıqlı investisiyaların qorunması sahəsində Azərbaycan və Özbəkistan arasında imzalanan saziş Şuraya üzv ölkələrdə ümumi ixracın həcminin artmasına təsir edəcək.

Qurum rəhbəri bildirib ki, Türkiyə tərəfindən Şuraya üzv ölkələrə yatırılan ümumi investisiya həcmi təxminən 10 mlrd. dollardır.

N.Zeybekçi Özbəkistanın toplantıda iştirakından məmnunluğunu ifadə edib. Nazir bildirib ki, Özbəkistan və Türkmənistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına tamhüquqlu üzv olmasını gözləyir.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın