Çərşənbə , Oktyabr 21 2026
azfa

Türk ölkəsi Qazaxıstanla ABŞ arasında hava əlaqəsi barədə müqavilə imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstan və ABŞ “açıq səma” prinsipləri əsasında hava əlaqəsi barədə müqavilə imzalayıb.

Bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin Mətbuat xidmətindən bildirilib.

Müqaviləyə əsasən, tərəflər daşıyıcıların sayına, təyinat nöqtələrinə və tezliklərə məhdudiyyət qoyulmadan, o cümlədən hava azadlığının beşinci dərəcəsi ilə uçuşlar həyata keçirə bilər.

Sazişin Qazaxıstan üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının hava nəqliyyatının daha da liberallaşdırılması üçün verdiyi tövsiyələrə uyğun olaraq “açıq səma” prinsiplərini təmin edən ilk belə sənəd olduğu vurğulanıb.

Məlumata görə, saziş Qazaxıstan və ABŞ arasında birbaşa planlaşdırılan uçuşlar üçün hüquqi baza yaradacaq və strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək.

Həmçinin yoxlayın

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …

Bir cavab yazın