Türk ordusu “Pəncə” əməliyyatı ilə çox sayda terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda antiterror əməliyyatları davam edir.

Hakurk bölgəsində aparılan “Pəncə” əməliyyatı nəticəsində 22 kürd terrorçusu öldürülüb.

Qeyd edək ki, “Pəncə” əməliyyat mayın 27-də yerli vaxtla saat 20:00-da komando tuqayları İraqın şimalında terrorçuların yerləşdiyi ərazidə əməliyyata başlayıb. Hazırda əməliyyat “ATAK” helikopterlərinin də dəstəyilə planlı şəkildə davam edir.

Məqsəd Hakurk bölgəsindəki PKK terror təşkilatının istifadə etdiyi mağara və sığınacaqları məhv etmək, terrorçuları zərərsizləşdirməkdir.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın