Cümə , Noyabr 13 2026
azfa

Türk ordusu Qəndildə mühüm mövqeləri ələ keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) Qəndil bölgəsində terrorçulara qarşı keçirilən əməliyyatlar nəticəsində mühüm mövqelərə nəzarəti ələ keçirib. Artıq Qəndil dağındakı PKK bazasına 20 kilometrdən də az məsafə qalıb. Ordunun yeni əraziləri ələ keçirməsindən sonra PKK-nın ABŞ-dan silah-sursat aldığı dəhliz bağlanıb.

Terror təşkilatının liderlərinin bir qisminin artıq Avropaya qaçdığı, bir qisminin də qaçış planı hazırladığı bildirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri bir müddətdir Qəndildə PKK-ya qarşı uğurlu əməliyyatlar həyata keçirir.

 

Həmçinin yoxlayın

İranın nüvə doktrinasının dəyişdirilməsi və bunun qlobal təhlükələri

GADTB: ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri Birləşmiş Ştatlar və İsrailin İrana hərbi hücum ehtimalını azaltsa …

İbrahim Asmaninin Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılması davam edir, ailəsinə susmaq üçün təzyiq göstərilir

GADTB: Daha əvvəl 30 ay həbs cəzasına məhkum edilmiş və cəzasını elektron qolbaq vasitəsilə ev …

Bir cavab yazın