GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə hərbçilərinin İdlibdə olması, bu regionda hərbi əməliyyatların qarşısının alınması üçün yeganə imkandır. Bu sözlər Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalının “Deyli Sabah” qəzetində dərc olunan məqaləsində yer alıb.
“İdlib Astana razılaşması çərçivəsində deeskalasiya zonasıdır. Türkiyə, Rusiya və İran kimi zəmanətçi ölkələr burada müşahidə məntəqələri yaradılıb ki, bunun da 12-si Türkiyəyə aiddir. Türk ordusunun regionda olması, İdlibdə əməliyyat olmasının qarşısının alınması üçün yeganə imkandır. Belə ki, Rusiya Hərbi Kosmik Qüvvələri və Əsəd rejiminin qüvvələri türk ordusu olduqca hücuma keçməyəcəklər.
İdlibə qarşı terrorçuların ləğvi adı altında təşkil ediləcək istənilən hücum Astana prosesini dağıdacaq. Bu, Türkiyəyə, oradan da Avropaya miqrasiya dalğasını artıraca” – deyə o bildirib.