Şənbə , Yanvar 17 2026
azfa

Türk ordusu yeni möhtəşəm PUA-lar istifadıyı verir – Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusunun inventarına müasir standartlara cavab verən PUA-lar daxil edilib.

 “Alesta” tipli PUA-nın fərqli xüsusiyyətləri var. Məlumata görə, “Alesta”lar fırlanan qanad quruluşuna malikdir. Qanadlar dik formada şaquli olaraq enib-qalxa bilir.

Düz uçuşa keçdikdə isə qanadlar üfüqi vəziyyət alır və təyyarə formasına çevrilir.

Təyyarə kimi uçuş-enmə zolağına ehtiyacı yoxdur. Helikopter kimi də enib-qalxa bilir. Bundan başqa, düz uçuş rejiminə keçən zaman sabit qanadın yaratdığı qaldırıcı qüvvədən istifadə edərək helikopterlərdən daha uzun məsafələrə uça bilir.

Bu arada isə müdafiə sənayesi üzrə türkiyəli mütəxəssis Qədir Doğan Azərbaycanın türk PUA-larına sahib olması Ermənistan üzərində psixoloji üstünlük qazandırdığını bildirir.

 “Türkiyənin TB2 və ANKA-S tipli PUA-larının həm Liviyada, həm də Suriyada uğurlu əməliyyatlarından dünya məlumatlıdır. Bu silahlara Azərbaycanın sahib olması ona Ermənistan üzərində psixoloji üstünlük qazandırar. Bildiyiniz kimi, müharibə zamanı psixoloji üstünlüyə yiyələnmək müsbət cəhət sayılır. Texniki baxımdan, Azərbaycan bu sistemləri satın almaqla yeni bir gücə sahib olacaq. Azərbaycan türk PUA-ları ilə bölgədəki gedişatı dəyişdirə bilər”, – mütəxəssis bildirib.

Həmçinin yoxlayın

WSJ: “ABŞ İranın Davosda görüş istəyini rədd edib”

GADTB: ABŞ administrasiyası İranın xarici işlər naziri Abbas Əraqçının Davosda amerikalı rəsmi ilə görüşmək istəyini …

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcək

GADTB: Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni …

Bir cavab yazın