Cümə , Sentyabr 25 2026
azfa

Türk PUA-larının Rusiyanın raket əleyhinə sistemlərini məhv etdiyi bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə televiziyalarından birində yayımlanan “Akıncı” sənədli filmində Türkiyənin pilotsuz təyyarələri ilə bağlı maraqlı faktlar açıqlanıb.

Filmdə Türkiyənin PUA-larla (türkcədə: SİHA, İHA) bağlı planları, gələcəkdə yaradılacaq modellərdən bəhs edilib.

Bildirilib ki, bu günə kimi yaradılan PUA-lar aparılan daxili və xarici əməliyyatlarda böyük uğur qazanıb.

Hətta deyilib ki, türk PUA-ları Rusiyanın qabaqcıl havadan müdafiə sistemini (hansı sistem olduğu açıqlanmır) də məhv etməyi bacarıb.

Məlumata görə, hazırda qardaş ölkənin ən böyük pilotsuz təyyarəsi hesab edilən “Akıncı” üzərində çalışmalar davam etdirilir.

Qeyd edək ki, “Akıncı” sənədli filmi sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …

Bir cavab yazın