Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Türkcə təqvim çap edən azərbaycanlı fəalların hər birinə 6 ay həbs cəzası verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehran şəhərində yerləşən məhkəməsi azərbaycanlı fəallar Behnam Nurməhəmmədi Mehdi Qəməri Benisli və Yasin Ərfəini 6 ay həbs cəzasına məhkum edib.

Rejimin ədalətsiz məhkəməsi fəalları Azərbaycan türkcəsində təqvim çap etdiklərinə görə əzalandırıb. Belə sevilən və mədəni bir işə dünyanın hər bir yerində cəza olmadığı halda, irqçi fars rejimi sırf çap edilən təqvimlərin Azərbaycan türkcəsində olduğuna görə fəalları cəzalandırıb. Saxta ittihamlarla fəallar “ölkənin milli təhlükəsizliyinə qəsd məqsədilə təbliğ”də ittiham ediliblər. Həbs cəzasının icrası iki il təxirə salınacaq. Əgər həmin müddətdə onlar rejimin cinayət hesab etdiyi əməli törətsələr həbs ediləcəklər.

Qeyd edək ki, türk dilində təqvim çapı ilə bağlı azərbaycanlı milli-mədəni fəallar Mehdi Qəməri Benisli, Behnam Nurməhəmmədi və Yasin Ərfəi  yaxalanmışlar. Fəalların hər biri 50 milyon tümənlik vəsiqə girov qoymaqla Tehranın Evin zindanından müvəqqəti azadlığa buraxılmışdılar.

Onlar müvəqqəti zaminə buraxılandan sonra Evin zindanının 7 nömrəli İstintaq şöbəsinə çağrılaraq onlara qarşı yeni yalan ittihamlar irəli sürülmüşdü.

Fəallar əvvəlcə saxta iddia ilə milli təhlükəsizliyə qarşı çıxmaq ittihamı ilə təqsirləndirilmişdilər. Bu dəfə isə onlar yenə saxta iddialarla ictimai rəyi təhrik etməkdə ittiham edilmişdilər.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın