Cümə axşamı , Avqust 27 2026
azfa

Türkçü tarix mütəxəssisinin Qərbi Azərbaycan dövləti barədə fikirləri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tarixçi Kərəm Məmmədov Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsi təşəbbüsünü şərh edərkən deyib ki, Qafar Çaxmaqlının təşəbbüsünü müsbət qiymətləndirirəm. Lakin düşünürəm ki, bu prosesi əvvəlcə “Yurda qayıdış” hərəkatı kimi başlatmaq daha doğru olardı.

Tarixçi bildirib ki, bu, qərbi azərbaycanlıların uzun müddətdir gözlədiyi bir təşəbbüsdür:

“Amma bunu da qeyd edim ki, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsinə baxmayaraq, hazırda kifayət qədər baza yoxdur. Mühacir hökuməti elan etmək üçün müəyyən şərtlər var. Hazırda Ermənistan ərazisində azərbaycanlı yaşamır. Xatırladım ki, qərbi azərbaycanlılar İrəvan ərazisindən mərhələli şəkildə köçürülüb. Bu köç dalğasının ən sonuncusu 1988-ci ildə baş verib. Məhz bu hadisədən sonra bu gün İrəvan ərazisində bircə azərbaycanlı da yoxdur. Mühacir hökuməti qurmaq üçün isə ən azından təklif olunan ərazidə bu hökumətin vətəndaşları yaşamalıdır. Misal olaraq deyim ki, 1918-ci ildə qurulan ADR mühacir hökumətinin əsaslı bazası var idi. Həmçinin İkinci Dünya müharibəsi zamanı Şarl de Qoll tərəfindən qurulan Mühacir Fransa hökumətini də misal göstərmək olar. Fransa işğal edilsə də, Afrika və Suriyadakı müstəmləkələri hələ də almanlara müqavimət göstərirdi. Şarl de Qoll da məhz bu ərazilərdə mühacir hökuməti elan edib, almanlarla mübarizə apardı”.

Tarixçi qeyd edib ki, Qafar Çaxmaqlının niyyətini həyata keçirmək üçün buna qədər çox böyükmiqyaslı iş görülməlidir:

“Təşəbbüsü bəyənsəm də, düşünürəm ki, bu, ən sonda atılmalı olan addımdır. Çünki buna qədər görülməli işlər var. Birincisi, qərbi azərbaycanlılar öz torpaqlarından zorla qovulub. Buna görə də ilk olaraq onlara qaçqın statusu verilməlidir. Bu addım onlara siyasi qiymət vermək deməkdir. İkincisi, qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıtmaq üçün “Yurda qayıdış” hərəkatına başlamalıdırlar. Azərbaycanlılar yalnız bundan sonra muxtariyyət tələbi ilə çıxış edə bilərlər”.

axar.az

Həmçinin yoxlayın

Yəmən Hərbi Dəniz Qüvvələri: SEPAH-ın husilərə göndərdiyi pilotsuz uçuş aparatı avadanlığı olan yükü ələ keçirmişik

GADTB: Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə pilotsuz uçuş aparatlarının hazırlanması üçün avadanlıq daşıyan bir …

Analitik: “Vaşinqton Zəngəzur layihəsi ilə bağlı İranı sakitləşdirməyin yolunu tapıb”

GADTB: ABŞ Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka hesab edir ki, Vaşinqton TRIPP …

Bir cavab yazın