Çərşənbə , İyun 7 2023
azfa

Türkiyə Əsədin terrorçulara silah karvanını vurdu, 1931 terrorçunu məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusu son 1 sutka ərzində Afrində 58 terrorçunu məhv edib.

Bununla da “Zeytun budağı” əməliyyatının başlanğıcından indiyə qədər Afrində öldürülən terrorçu sayı 1931-ə çatıb.

Digər tərəfdən isə Türkiyə ordusunun ötən gün yüksək dəqiqliklə vurduğu konvoyla bağlı detallar məlum olub. Türkiyə ordusunun vurduğu 40 avtomobillik konvoy Əsəd rejiminə yaxın qüvvələrə məxsus olub. Konvoyun “Sakarya” raketləri ilə vurulduğu və ən azı 80 nəfərin öldürüldüyü bildirilib. Vurulan avtomobillər sırasında terrorçulara silah aparan 2 TIR da yer alıb.

“Yeni Şəfəq” qəzeti Afrinə Əsəd rejimi tərəfdarlarının gətirilməsinə general Malik Alaya və YPG-nin liderlərindən biri olan Sipan Hamonun rəhbərlik etdiyini bildirib.

Qeyd edək ki, artilleriyanın düşmənin dinamik hədəflərini yüksək dəqiqliklə məhv etməsi ekspertlər tərəfindən imkansızı bacarmaq kimi təqdim edilmişdi.

Həmçinin yoxlayın

İranın Rusiyaya silah satışı müqaviləsi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Britaniyanın “Sky News” Xəbər Agentliyi İranın Rusiyaya silah …

Türkiyənin “Qızıl alma” PUA-sı F-16-larla uçdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, “Baykar” şirkətinin istehsalı olan “Qızıl alma” və “Akıncı” …

Bir cavab yazın