Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Türkiyə Afrinə mülki vətəndaşları qoruyan təcrübəli qəhrəmanlar göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində Ömər Simo və Arşali kəndlərini terrorçulardan təmizləməsindən sonra strateji əhəmiyyətli Cindereslə türk əsgəri arasında cəmi 500 metr məsafə qalıb.

Türkiyə ordusu Cinderesdə məskunlaşma ərazilərində baş verəcək döyüşlərə ciddi şəkildə hazırlaşıb.

Məlumata görə, mülki itkiləri minimuma endirməyi hədəfləyən TSQ Cinderes uğrunda gedəcək döyüşlərdə iştirak üçün Afrinə Sur, Cizrə və Nusaybində aparılan xəndək döyüşlərində təcrübə toplamış hərbçiləri (“Xəndək qəhrəmanları”) cəlb edib.

Qeyd edək ki, Cinderesə irəliləyən türk əsgərinə dəstək məqsədi ilə cənub cəbhəsində hücuma keçən ASO-nun səyləri nəticəsində illərdir bağlı qalan İdlib-Afrin yolu açılıb.

 

Həmçinin yoxlayın

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …

Tramp molla rejimi ilə müharibəni davam etdirmək üçün üç variantı nəzərdən keçirir

GADTB: “Vaşinqton Tayms” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp İran İslam Respublikası ilə bağlı …

Bir cavab yazın