Türkiyə prezidentinin baş müşaviri Mücahit Küçükyılmazdan İranın Ermənistana yardımı barədə tvit

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə prezidentinin baş müşaviri Mücahit Küçükyılmaz İranın sözdə Azərbaycana əməldə Ermənistana yardım etdiyi bildirib. O deyib: “Demək ki, Xamenei Ermənistana silah göndərərkən Azərbaycana da fətva göndəribmiş. Amma Xameneinin fətvası onun silahına üstün gəlib!”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadə İranın Bakıdakı səfiri və Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnejadın da qatıldığı Qurban bayramı namazında çıxış edərək, Qarabağın məhz Ayətullah Xameneinin fətvası ilə işğaldan azad edildiyini iddia edib. Bu isə Azərbaycan cəmiyyətində, Qarabağ  şəhidlərinin yaxınları və qazilərində haqlı narazılıq yaradıb.

Məsələyə Türkiyə prezidentinin baş müşaviri Mücahit Küçükyılmaz da diplomatik tərzdə fikir bildirib. O deyib: “Demək ki, Xamenei Ermənistana silah göndərərkən Azərbaycana da fətva göndəribmiş. Amma Xameneinin fətvası onun silahına üstün gəlib!”.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …