
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə NAVTEX elan etdi və artıq Şərqi Aralıq dənizində artıq hərbi təlimlər başlanılıb.
Ankara Şərqi Aralıq dənizi regionunda hərbi təlimlərə başlaması ilə bağlı region dövlətlərini NAVTEX bildiriş sistemi vasitəsilə məlumatlandırıb.
Təlimlər avqustun 29-dan sentyabrın 11-dək davam edəcək. Bu müddət ərzində bölgə sularında artilleriya atışları keçiriləcək.
Təlimlər müddətində gəmi kapitanlarına həmin bölgədən uzaq hərəkət etmək tövsiyə olunub.