Cümə axşamı , May 7 2026
azfa

Türkiyə sürücüsüz avtomobil istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “FEV Türkiyə” və “Kodeco” texnoloji şirkətləri tərəfindən hazırlanan yerli sürücüsüz avtomobil (Avtonom) və elektromobilin (Otomod) fotoları yayımlanıb.

Sözügedən texnoloji yeniliklərin ilk dəfə İstanbul Texniki Universitetinin dəstəyi ilə universitet, xəstəxana, hava limanı kimi obyektlərin ərazilərində sınaqdan keçirilməsi nəzərdə tutulub.

Məlumata görə, bu texnikalar üzərindəki yerli sensor və kameralar vasitəsilə ətrafdakı obyektləri, hərəkətdə olan vasitələri ayırd etmək imkanına sahib olacaq.

Əyləc və qaz sisteminin olmadığı “Avtonom” və “Otomod”un 30 ay ərzində tam istifadəyə verilməsi nəzərdə tutulur.

Həmçinin yoxlayın

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Bir cavab yazın