Çərşənbə , Mart 26 2025
azfa

Türkiyə Yunanıstanın antitürk movqeyini sərt şəkildə tənqid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstanın izlədiyi siyasəti sərt şəkildə tənqid etdi.

Yunanıstan xarici işlər naziri Nikos Dendiasın ictimai mediadakı sözlərilə bağlı H.Aksoy yazılı dəyərləndrimə paylaşaraq bildirib:

 “Dendiasın fikirləri Yunanıstan hökimətinin izlədiyi əsassız və hüquqdan kənar siyasətin konkret ifadəsidir.

Yunanıstanın mühacirlərə qarşı düşməncəsinə rəftarı nasist hərəkətlərini xatırladır. Bu ölkə insanlıq adına utancverici tətbiqləriylə yanaşı nəinki öz, həm də Avropa İttifaqının (Aİ) sərhədlərini qoruya bilmir, əksinə, Aİ-nin bütün qanun və dəyərlərini ayaqlar altına salır. Yunanıstan bu mövqeyi ilə Avropa İnsan Haqqları ilə Birləşmiş Millətlər Təşkilatının mühacirlərlə bağlı bir çox müqaviləsini eyni anda pozur.

Yunanıstan Liviya mövzusunda da səhv yoldadır. Ölkənin qanuni hökumətiylə bağladığımız müqavilə mətni Liviyada müəyyən bir qrupun deyil, bütün Libya xalqının mənfəətinədir. Yunanıstanın bir narahatlığı varsa, arxamızdan danışmaq yerinə bizimlə və Liviyanın qanuni hökumət nümayəndələrilə bir masaya oturub danışmalıdır.

Dendiasın türk azlığa qarşı münasibəti də qəribədir. O, Yunanıstanın Albaniyadakı azlığını “Yunan milli azlığı” adlandırır, amma ölkəsindəki türk azlığa türk deməməsi ikiüzlülükdür. Dendias, deyəsən, Avropa İnsan Haqqları Məhkəməsinin bu mövzuda Yunanıstanı cəzalandırdığını yada salmaq istəmir.”

Həmçinin yoxlayın

Ərdoğan Zəngəzur dəhlizi daxil olmaqla bölgədə ticarət dəhlizləri yaratmağa təkid edib

GADTB: Bəsrə körfəzində Əl-Fav və Xəzərdə Zəngəzur mərkəzli olmaqla Asiya, Yaxın Şərq, Avropa arasında inkişaf …

ABŞ İranda yeni etiraz aksiyalarının başlaya biləcəyini bildirir

GADTB: ABŞ İranda yeni etiraz aksiyalarının başlaya biləcəyini bildirir. ABŞ kəşfiyyatı qlobal təhdidlərə dair illik …

Bir cavab yazın