Çərşənbə axşamı , May 26 2026
azfa

Türkiyədə dronla yük daşınacaq

GADTB-nin Mətbuat Mərkəzinin lent.az saytına istinadən yaydığı məlumata görə, Türkiyənin Poçt və Teleqraf Agentliyi 2018-ci ildən etibarən pilotsuz uçuş aparatları vasitəsilə yük daşımağa başlayacaq. Bu barədə Türkiyənin Poçt və Teleqraf Agentliyinin rəhbəri Kənan Bozgeyik açıqlama verib.

O bildirib ki, təşkilat dron daşımaçılığına keçmək üçün yerli mühəndislər və universitetlərlə birlikdə iş aparır. K.Bozgeyik Türkiyənin dron texnologiyasına sahib olduğunu xatırladıb: “Lakin dərhal hər yerdə dronlarla karqo daşınması mümkün deyil. Coğrafi şərait, ölkənin mövcud şərtləri nəzərə alınacaq. İnşallah, 2018-ci ildə öz dronlarımızla uçmağa başlayacağıq. Məsələn, İstanbuldan Adalar istiqamətinə yükün sürətlə çatdırılması tələb olunursa, bunu etmək mümkündür. İstanbuldakı tıxaclar nəzərə alınarsa, 2 saatlıq yolu dronla yarım saatda qət etmək olar”.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …