GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Birləşmiş Ştatları Nümayəndələr Məclisi tərəfindən irəli sürülən qondarma erməni iddialarıyla əlaqədar qanun layihəsi etibarsızdır. Bunu Xarici işlər naziri Çavuşoğlu deyib.
Nazir Çavuşoğlu, sosial mediada hesabında mövzu ilə bağlı açıqlamasında: “Suriyanın şimalındakı separatçı terror təşkilatı YPG / PKK / SDG-yə qarşı mübarizə çərçivəsində Sülh Çeşməsi Əməliyyatını həyata keçirərək bütün xain planları darmadağın etdik. Bu cəhdlərində uğurlu ola bilməyənlər köhnə layihələri yenidən gündəmə daxil etməyə başladılar.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmən tanıyıb.
Sözügedən qətnamənin müəllifi demokrat Adam Şiffin rəhbərlik etdiyi palata üzvləri olub. Qondarma soyqırımın tanınmasının lehinə 405, əleyhinə 11 konqresmen çıxış edib.