Çərşənbə , Oktyabr 21 2026
azfa

Xoy şəhərində Azərbaycan türkcəsində təhsilə qadağaya etiraz olaraq bildiriş yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy şəhərində Azərbaycan türkcəsində təhsilə qadağaya etiraz olaraq bildiriş yayıldı.

Bildirişlər dünən oktyabrın 29-da şəhərin müxtəlif məntəqələrində milli-mədəni fəallar tərəfindən paylanılıb.

Bildirişdə yazılıb: “İran mərkəzi hökumətinin aldadıcı planları və əritmə siyasəti qeyri-fars millətlərinin ana dilinin tədris olunmasına şərait yaratmayacaq. Ana dilinin tədris olunması məsələsi yalnız təbliğat məqsədi güdür. Bu plan əhalinin seçkilərdə iştirakını artırmaq məqsədi güdür”.

Qeyd edək ki, irqçi fars rejim Azərbaycan türk millətini məhv etmək məqsədilə türk dilini qadağan edib və bu dilin tədrisi üçün mübarizə aparan fəalları isə vəhşicəsinə cəzalandırır.

Həmçinin yoxlayın

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …

Bir cavab yazın