Bazar , Oktyabr 25 2026
azfa

Türkiyə ABŞ-ın Suriyada İŞİD və PKK terror təşkilatlarına dəstək verdiyini deyib

GADTB-nin Mətbaut Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Ərdoğan deyib: “ABŞ 4 min yük maşınından çox silah, texnika, tank və topu terrorçu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə göndərib. Rəqqa şəhərində PYD/YPG-nin İŞİD terror təşkilatı ilə əməkdaşlığı birinci dəfə deyil, sonuncu nümunələrdən biridir. Suriyada “İŞİD-ə qaç, PYD/YPG-yə tut” deyən bir mərkəz var”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Karaman rayon təşkilatının konfransında söyləyib.T. Ərdoğan deyib ki, Suriyanın Rəqqa şəhərindəki “teatr səhnəsi” PKK və İŞİD-in bir-birinin oxşarı olduğunu bir daha göstərib. Türkiyə prezidenti terror təşkilatlarından ölkələri parçalamaq planını yerinə yetirmək üçün istifadə edildiyini bəyan edib: “Mən şəxsən ABŞ prezidenti Donald Trampa dedim ki, siz havadan dəstək verin, biz Rəqqa şəhərini İŞİD-dən azad edək. Ancaq PYD/YPG ilə birgə hərəkət etməyə üstünlük verdilər. Türkiyə “Fərət qalxanı” əməliyyatı ilə Suriyada terror dövlətinin qurulmasının qarşısını alıb”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın