Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türkiyə cinayətkar Əsədin və ona yardım edən İran terrorçularını darmadadın etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyaya verilən müddətin bitməsinə bir neçə dəqiqə qalmış Türkiyə Silahlı Qüvvələrinin ordu komandanları, Baş Qərərgah rəisi və Milli Müdafiə naziri Hülusi Akar Hataya gəlib.

Daha sonra vaxtın bitməsilə Türkiyə qırıcıları səmaya qalxıb və Suriya rejiminə aid hədəfləri vurmağa başlayıb.

İlkin məlumata görə, Minning və Heyrab hərbi hava bazaları vurulub. Hər iki hava bazasının yararsız hala düşdüyü iddia edilir.

Həmçinin Türkiyə Əsədin və İran terrorçularının mövqelərini raketlə vurub.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın İdlib şəhərində keçirdiyi əməliyyatlar nəticəsində İrana məxsus 21 terrorçu öldürülüb.

Ötən gün Suriyada İran yetişdirdiyi terrorçulardan – Zeynebbiyyun batalyonundan 18, Fatimiyyundan isə 3 terrorçu öldürülüb.

Öldürülənlərin sabah regiona koronavirus saçan Qumda cənazə mərasimlərinin keçiriləcəyi və dəfn ediləcəyi açıqlanıb.

Hazırda İran terrorçu İnqilab Keşikçiləri, Qüds Briqadası, Nüceba Hərəkatı, Bakirə Briqadası, 104-cü Briqada və 4-cü Partiyanın Geys terrorçu qüvvələri İdlib və Hələbdə rejim qüvvələri ilə birlikdə türklərə qarşı vuruşur.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın