Çərşənbə , Oktyabr 21 2026
azfa

Türkiyə düşmənçilik edən Birləşmiş Ərəb Əmirliyinə sərt xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Liviyadakı proeseslərlə bağlı Türkiyəni hədəf alan şərhinə yazılı cavab verib

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Liviyadakı proeseslərlə bağlı Türkiyəni hədəf alan şərhinə yazılı cavab verib: “Birləşmiş Ərəb Əmirliyi Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin verdiyi açıqlama qiyamçılara dəstək verən bir ölkənin riyakar siyasətini gizlətmək cəhdidir. Türkiyə ərəb ölkələrinin siyasi birlik və torpaq bütövlüyünə hər zaman hörmət göstərir. Məhz buna görə də Liviyanın qanuni hökumətinin yanında yer alır və siyasi həll səylərini dəstəkləyir. Türkiyə siyasi mövqeyini bu şəkildə də davam etdirəcək.

BƏƏ rəhbərliyinin Türkiyə haqqında çirkin və əsassız ittihamları öz dağıdıcı fəaliyyətlərini ört-basdır etmə siyasətinin məhsuludur. Bu ölkə illərdir Liviyada çevriliş edənlərə silah, hərbi texnika və muzdlu əsgər verir. BƏƏ-nin yalnız Liviya deyil, bölgədə Yəmən, Suriya və Afrika ölkələri də daxil olmaqla, beynəlxalq sülh və təhlükəsizliyi pozan hərəkətləri beynəlxalq ictimaiyyətə məlumdur. Bu mövzuda BƏƏ-nin terror təşkilatlarına, xüsusən də əl-Şabab və Yəməndəki separatçılara verdiyi dəstək də heç kimə sirr deyil.

BƏƏ rəhbərliyini ölkəmizə qarşı düşmən münasibəti yığışdırmağa və həddini bilməyə çağırırıq. Bir daha təkrar edirik ki, bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsinin yolu qanunsuz dəstələrin deyil, Liviya Siyasi Sazişi və qanuni Milli Koalisiya Hökumətinə dəstəkdədir.”

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın