Türkiyə həbs edilən Krım tatarlarının azad edilməsini istədi

Türkiyə Xarici İşlər Nazirliyi məhkum edilmiş Krım tatarları ilə bağlı məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyi bildirir ki, “Krım tatarlarının azadlığa qovuşması üçün lazımi addımların atılacağını gözləyirik”.

Türkiyə Xarici İşlər Nazirliyi bildirir ki, Krım tatar soydaşlarımız – Cəmil Qafarov, Sərvət Qazıyev, Erfan Osmanov, Alim Kərimov və Seyran Murtazanın bu gün çıxarılan qərarla 13 il müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır.

“Bir daha haqqı dəstəklədiyimizi bəyan edirik. Biz Krım tatarlarının öz Vətənlərində azad və təhlükəsiz yaşamaq hüququnu dəstəyimizi ifadə edirik. Həmçinin, yuxarıda adıçəkilən və Krım Tatar Milli Məclisinin vitse-prezidenti Neriman Cəlal, Asan Əhmədov və əvvəllər də eyni cür cəza çəkən Əziz Əhmədov da daxil Krımda siyasi motivlərlə tutulan bütün soydaşlarımızın ən qısa zamanda azadlıqlarına və ailələrinə qovuşmaları üçün lazımi addımların atılacağını gözləyirik” – deyə açıqlamada qeyd olunub.

Həmçinin yoxlayın

Tramp: Tələblərimizin 100 faizinə nail olmasaq, İranla genişmiqyaslı müharibə qaçılmaz olacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər administrasiyası İranla aparılan danışıqlarda qarşıya qoyduğu …

Şərqi Azərbaycan adının rəsmi bannerdə ixtisar edilməsi etiraz doğurdu

GADTB: Şərqi Azərbaycan Vilayəti Dövlət Təzirat Baş İdarəsinə aid olduğu bildirilən bannerdə rəsmi “Şərqi Azərbaycan” …