Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Türkiyə mediasında İranın türk adlarına qarşı qoyduğu qadağa əks etdirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə mediasında İran rejiminin türk adlarına qarşı qoyduğu qadağanı əks etdirib.

Türkiyənin “Gerçək həyat” mədəniyyət və xəbər saytının instaqram səhifəsində “İranda irqçilik hekayəsi” başlığı ilə İran rejimin türk adlarına qarşı qadağaları barədə məlumat əks etdirilib.

Məlumatda bildirilir: “Türkcənin İranda azadlıq bayrağı olduğunu desək yanılmamışıq. Bu türk ailələrin övladlarına türkcə ad qoymaq üçün apardıqları mübarizədə özünü göstərir”.

Türkiyə mediası İran rejiminin Azərbaycan türklərinə qarşı bu irqçi siyasətinə toxunaraq yazır ki, türk ailələrin öz övladlarına türkcə ad qoymaq problemləri ilə qarşılaşırlar. “Gerçək həyat” bu barədə türk ailələrin qarşılaşdığı problemləri işıqlandırılıb və hökumətin insanların öz kimliklərinə uyğun ad seçmələrinə tətbiq etdiyi məhdudiyyətləri əks etdirib.

“Gerçək həyat”-ın yaydığı məlumatda həmçinin deyilir: “İran cəmiyyətinin təxminən yarısını təşkil verən türklər hər zaman olduğu kimi milli və kimlik məsələlərinin həlli yönündə azadlıq bayrağı qaldırıblar. Onlar bir sıra başqa etniklərdən fərqli olaraq qeyri-fars xalqlara qarşı sistemli ayrıseçkilik siyasətinə mədəni və dinc yollarla etirazlarını bildiriblər”. 

Qeyd edək ki, İran rejimi Azərbaycan Türk Millətini assimilyasiyaya uğradıb bir millət kimi məhv etmək məqsədilə onlara öz övladlarına öz dillərində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …