Çərşənbə , Sentyabr 23 2026
azfa

 İranla Ermənistan Şimal-Cənub dəhlizinin qurulmasına çalışırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Azərbaycan və Türkiyəyə qarşı Ermənistanla hər sahədə əməkdaşlığını genişləndirir.

Ermənistanın Regional İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan İranın Yol və Şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi ilə birlikdə Tehran-Şimal magistralına baş çəkərkən İran şirkətlərinin texniki-mühəndislik xidmətləri sahəsindəki imkanlarından istifadənin əhəmiyyətini vurğulayıb.

“İribnews.ir” xəbər verir ki, erməni nazir əlavə edib: “Ermənistan hökuməti İran şirkətləri və mütəxəssislərinin əməkdaşlığı ilə Şimal-Cənub dəhlizinin qurulmasında maraqlıdır və bu addımın əhəmiyyətini dərk edir”.

“İran və Ermənistan arasında əlaqə beynəlxalq daşımaların və tranzitin genişlənməsi üçün vacibdir və biz keyfiyyətli yollara sahib olmağa çalışırıq ki, insanlar həmin yollarda rahat və tam təhlükəsiz şəkildə səyahət edə bilsinlər”,-deyə Sanosyan iddia edib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …