Cümə axşamı , Dekabr 19 2024
azfa

Türkiyə müdafiə sənayesi şirkəti yeni bir uğura imza atıb

GADTB: Türkiyə müdafiə sənayesi dünyanın aparıcı şirkətlərini geridə qoyaraq tarixi bir ixracat uğuruna daha imza atıb.

Portuqaliya ilə imzalanan müqavilə sayəsində Türkiyə ilk dəfə Avropa İttifaqı və NATO üzvü bir ölkəyə hərbi gəmi ixrac edəcək.

STM Müdafiə Texnologiyaları, Mühəndislik və Ticarət anonim şirkəti Portuqaliya Hərbi Dəniz Qüvvələrinin logistik dəstək gəmisi tenderində dünyanın aparıcı hərbi dənizçilik şirkətlərini geridə qoyaraq iki ədəd “Dənizdə təchizat və logistik dəstək gəmisi”nin inşasını Türkiyədə öz baş podratçılığı ilə həyata keçirəcək.

Türkiyə və Portuqaliya arasındakı “Dənizdə təchizat və logistik dəstək gəmisi” (AOR+) layihəsinin imza mərasimi Portuqaliyanın paytaxtı Lissabonda keçirilib.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa səfirinə sərt cavab

GADTB: Hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat …

Azərbaycanlı alim, professor dr.Əli Mərdani 2024-cü ildə Türkiyənin Görkəmli Gənc Alimi seçilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz bölgəsindən olan doktor Əli Mərdani …