Cümə , Dekabr 27 2024
azfa

Türkiyə ordusundan Afrində möhtəşəm qələbə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu üzvləri Afrində 108 mövqeni terrorçulardan təmizləyib.

Məlumata görə, şiddətli döyüşlər nəticəsində əməliyyatın 37-ci günündə daha 5 kənd azad edilib. Şeyx Məhəmmədli, Dudu, Səmalıq, Vəlikli və Kavanda kəndlərində terrorçuların müqaviməti qırılıb və ərazilər təmizlənib.

Baş Qərargahdan verilən məlumata görə, əməliyyatın davam etdiyi 37 gün ərzində zərərsizləşdirilən terrorçuların sayı 2018-dən çox olub.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.

Həmçinin yoxlayın

Ərəb Liqası İrana xəbərdarlıq etdi

GADTB: Ərəb Liqası İslam Respublikası hökumətini Suriyanın keçmiş prezidenti və İran hökumətinin köhnə müttəfiqi Bəşar …

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

Bir cavab yazın