Türkiyə Silahlı Qüvvələri və ASO-nun “Zeytun budağı” əməliyyatı çərçivəsində Burseya dağını azad etməsinin görüntüləri yayılıb. Bu barədə “Hürriyət” informasiya yayıb.
Görüntülərdə həmçinin YPG-li bir terrorçunun yaxalanmasına dair kadrlar yer alıb və ətrafda gedən şiddətli döyüş səsləri eşidilib.
Qeyd edək ki, ötən gün Afrinin şimal-şərqindəki Burseya dağı Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) həyata keçirdiyi əməliyyat nəticəsində PKK/PYD terrorçularından təmizlənib.