Çərşənbə , Mart 12 2025
azfa

Türkiyə Suriyada Rusiya sistemlərini iflic edib

GADTB: Türkiyənin elektron döyüş sistemləri Suriyada Əsəd rejiminin hərbi telekommunikasiyalarının zərərsizləşdirilməsinə böyük töhfə verib.

Fransanın kəşfiyyat məlumatları ilə bağlı təhlillər aparan “İntelligence Online” nəşri bu barədə məlumat dərc edib.

Məlumata görə, Əsəd rejimi qüvvələrinin əsas komanda mərkəzlərini hədəf alan bu əməliyyatlar bir neçə gün davam edib və rejimin kommunikasiyalarını iflic etmək məqsədi daşıyıb.

Əməliyyatlar Türkiyəyə məxsus “Milkar-4A2” radioelekton mübarizə vasitəsi və “İlgar Mobil” V/UHF Elektron hücum sistemi vasitəsilə həyata keçirilib.

Qeyd olunub ki, sözügedən sistemlərin birgə fəaliyyəti ilə iflic vəziyyətə düşən rejim ordusu nə baş verdiyini bilmədiyi üçün əks-hücumlara keçə bilməyib.

Məlumata görə, Türkiyə tərəfi Rusiyanın müdafiə sənayesi şirkəti olan “Rostek”in müxtəlif törəmə şirkətləri tərəfindən istehsal olunan “Araxis” və “Azart” kimi radioelekton sistemləri hədəf alıb.

Həmçinin yoxlayın

Azərbaycanın müxtəlif şəhərlərində telekommunikasiya təqaüdçüləri yenidən aksiya keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün, çərşənbə axşamı telekommunikasiya təqaüdçüləri yenidən Azərbaycanın …

NATO Avropa Birliyinin təhlükəsizliyinin Türkiyədən asılığı olduğuna etiraf etdi

GADTB: NATO ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə qarşı siyasəti və Avropa ölkələri üçün təhlükəsizlik zəmanətlərini …