Çərşənbə , Oktyabr 21 2026
azfa

Türkiyə xarici işlər naziri çinli həmkarı ilə uyğur türklərindən danışdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı Vanq Ye ilə görüşündə uyğur türklərinin vəziyyətindən danışıb.

56-cı Münhen Təhlükəsizlik Konfransında Çavuşoğlu Çinin xarici işlər naziri ilə görüşündə onun diqqətinə Çində son illər uyğur türklərinin yaşadığı Şərqi Türküstan (Sincan) Uyğur Muxtar Bölgəsində “təhsil mərkəzi” adı altında fəaliyyət göstərən düşərgələrlə uyğurların şəxsiyyət və mədəniyyətlərinə qarşı törədilən zorakılıq hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən də tənqid olunduğunu çatdırıb.

Qeyd edək ki, İnsan Haqqları Müşçahidə Təşkilatının hesabatına görə, son 2 ildə Çinin Sincan Uyğur Muxtar Bölgəsində çox sayda günahsız adam “qarşısının alıması üçün detektiv tədbir” adı altında ev-eşiklərindən didərgin düşüb və “siyasi baxımdan təhlükəli” olaraq qiymətləndirilərək mühakiməsiz toplama düşərgələrinə göndərilib.

Həmçinin yoxlayın

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

Bir cavab yazın