Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Türkiyədə taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzi açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən həftə İstanbulda imzalanmış taxıl dəhlizi haqqında saziş çərçivəsində yaradılan Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi olub. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Birgə mərkəz İstanbuldakı Milli Müdafiə Universitetində fəaliyyət göstərəcək. Mərkəzin işində Türkiyə, Rusiya və Ukrayna təmsilçiləri ilə yanaşı, BMT nümayəndələri də yer alacaq.

Koordinasiya mərkəzinin açılışında iştirak edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, taxıl dəhlizi vasitəsilə Ukrayna limanlarında qalmış 25 milyon tondan çox taxılın təhlükəsiz daşınmasına imkan yaranacaq.

Xatırladaq ki, ötən həftə İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında taxıl dəhlizinə dair saziş imzalanıb.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …