Türkiyənin ABŞ-ın istəyilə terrorçulara verdiyi möhlət bitir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay deyib ki, 120 saatlıq fasilə istədilər, “buyurun” dedik. Əgər vaxt tamamlandığında verilən sözləri yerinə yetirilərsə, demək ki, “Sülh çeşməsi” əməliyyatı məqsədinə çatıb. Əks halda, qaldığımız yerdə daha qətiyyətli şəkildə davam edərik.

 “Prezidentimiz açıqladı, 22:00-da vaxt tamamlanır. Verilən sözlər yerinə yetirilməzsə, hərəkat davam edəcək. Bütün dünyaya elan etmişik. Türkiyənin güclü olması demək, regionda və dünyada sülhün güclənməsi, məzlumlarının ağrı-acılarının sona çatması deməkdir”, – deyə dövlət rəsmisi bildirib.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın