
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Liviyada Türkiyənin dəstəklədiyi hökumət qüvvələri paytaxt Tripoli ətrafında uğurlu əməliyyat həyata keçirib.
Liviya ordusu Haftarın rəhbərlik etdiyi qüvvələrin nəzarətində olan Tripoli beynəlxalq hava limanını tutub. Ordununb polkovniki Məhəmməd Qanunu deyib ki, Haftarın nəzarətindəki birəşmələr qaçmağa məcbur olub və onların təqibi davam etdirilir.
Qeyd edək ki, aeroport uğrunda əməliyyat bir neçə gün əvvəl başlamışdı.