Türkiyənin nüvə stansiyası Yunanıstanı təşvişə saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Akkuyu” atom elektrik stansiyasının üçüncü nüvə reaktoru ilə bağlı atdığı addımlar Yunanıstanı təşvişə salıb.

Bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.

Qəzet Yunanıstan Xarici İşlər naziri Nikos Dendiasla ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutan telefon danışığının təfərrüatını yazıb.

45 dəqiqə davam edən telefon danışığı zamanı Dendias “Akkuyu” atom elektrik stansiyasının inşa etməyin bir neçə “problemli” nəticəsini gündəmə gətirib. Guya adı çəkilən atom elektrik stansiyası Türkiyəyə yaxın dövlətlərin təhlükəsizliyinə təhdid yaradır.

Eyni zamanda, Ankaranın “Akkuyu” haqqında ətraflı məlumat paylaşmaq istəmədiyi də bildirilib.

Qəzet yazır ki, Türkiyə nüvə sahəsi üzrə mühəndislər yetişdirir. Bununla da həm mülki, həm də hərbi istifadə üçün hazırlanmış parçalanan material və avadanlıqlar əldə etmək istəyir. Türkiyəyə qarşı düşmənçilik siyasəti yeridən Yunanıstan bu ölkənin güclənməsinə qarşı hər vasitəilə mane olmağa çalışır.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə 11-ci ICMG Qonşuluq İftarında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

ABŞ molla rejimin himayə etdiyi Yəmən husilərini bombalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı …