Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türkiyəyə qarşı PKK terrorçularını dəstəkləyən İran İraqda Türkiyə bazasını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyəyə qarşı PKK terrorçularını dəstəkləyən İran İraqda öz terrorçu prupları vasitəsilə Türkiyə bazasını vurub. Türkiyə ordusunun 2 hərbçisi İraqda İrana bağlı terrorçuların dron hücumları nəticəsində öldürülüb.

İrana bağlı terrorçu qrup olan “Əhrar-e Səncar Müqaviməti” mayın 21-də Türkiyənin Şimali İraqdakı bazasına kamikadze dronu və katyuşa raketləri ilə hücum edib.

Bu barədə İranın Sepah terror təşkilatına bağlı “Təsnim” xəbər ajansı məlumat yayıb. Məlumata görə, Türkiyənin Mosul şəhərinin şimalında yerləşən Başiqa bölgəsindəki hərbi bazası 6 dron hücumuna məruz qalıb. Ərəb mənbələrinin yaydığı xəbərə görə isə, sözügedən hərbi bazaya 2 dron ilə hücum edilib.

“İRNA” ajansının yaydığı məlumatda isə bildirilib ki, hücum nəticəsində 2 Türkiyə hərbçisi, 1 nəfər isə yerli podratçı həlak olub.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …