Şənbə , Noyabr 21 2026
azfa

Ukrayna ordusu Zaporojye AES-i və Qostomeli rus işğalından azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye atom elektrik stansiyasına (AES) nəzarəti bərpa edib.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko açıqlama yayıb. Onun sözlərinə görə, hazırda AES Ukrayna ordusunun nəzarətindədir.

Qeyd edək ki, ötən gün Ukraynanın Enerqodar bölgəsində yerləşən Zaporojye atom elektrik stansiyasının ərazisində (AES) güclü yanğın baş verib. Avropanın ən böyük AES-ində yanğının olması region ölkələrində böyük təşvişə səbəb olmuşdu.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.

Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.

Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

“Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır”, – Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.

Həmçinin yoxlayın

Trampa İrana yenidən hücum etməsi üçün təzyiqlər artır

GADTB: “Financial Times” qəzeti xəbər verib ki, ABŞ və İsraildəki sərt mövqeli rəsmilər Donald Trampa …

Qəzvində sakini azərbaycanlı gənc Nemət Əfşarın Çubindər həbsxanasında saxlanılması və qeyri-müəyyən vəziyyətdə qalması davam edir

GADTB: Qəzvində yaşayan azərbaycanlı gənc Nemət Əfşar fars irqçi rejiminin təhlükəsizlik qüvvələri tərəfindən 26 gündür …