Ukrayna Rusiyanın 14400 hərbçisi və yüzlərlə təyyarə və helikopterini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 19-na olan məlumata görə, Rusiyanın Ukraynadakı canlı qüvvə itkisi 14.400 nəfərə çatıb. B  barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı Rusiyanın 466 tankı, 1470 zirehli döyüş maşını və 213 artilleriya sistemi, 72 ədəd reaktiv yaylım atəş sistemi, 44 hava hücumundan müdafiə sistemi, 95 təyyarə, 115 helikopter, 914 avtomobil texnikası, 3 gəmi/qayıq, 60 yanacaq-sürtkü materialı olan sistern, həmçinin 17 əməliyyat-taktiki pilotsuz uçuş aparatı və 11 ədəd xüsusi texnikası məhv edilib.

Həmçinin bu gün səhər Ukrayna ordusu Çerniqov və Mariupolda Rusiya ordusuna mühüm zərbələr endirib.

 “Azov” döyüşçüləri bu səhər düşmənin komanda məntəqəsi və arxasında xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində düşmənin sursant anbarı, zabit heyəti və tağımı məhv edilib. Düşmənə məxsus 1 tank, 2 zirehli transportyor və yük maşını vurulub”, – məlumatda qeyd olunub.

Bundan başqa Çerniqov vilayətində rus ordusunun iki artilleriya batareyası sıradan çıxarılıb.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …