Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Bu il İranla Ermənistan arasında ticarət həcmi 800 milyon dollara çatacaq

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana”a istinadən yaydığı məlumata görə, İran-Ermənistan Birgə Ticarət Palatasının sədri İran və Ermənistan arasındakı ticarətin vəziyyəti ilə bağlı “Fars” Xəbər Agentliyinə açıqlamasında deyib: “Bir neçə il əvvələ qədər biz Ermənistana yalnız enerji ixrac edirdik, indi isə Ermənistana əsas mal ixracatçılarından biriyik. Belə ki, biz Ermənistana Rusiya və Çindən sonra üçüncü ən böyük əmtəə ixracatçısıyıq və hətta Ermənistan bazarında Çini əvəz edə bilərik”.

Hervik Yarıcanyan İranın sənaye, mədən və ticarət nazirinin martın əvvəlində Ermənistana səfərinə toxunaraq bildirib: “Özəl sektor bu səfəri yüksək qiymətləndirir, çünki səfər zmanı İran və Ermənistan rəsmiləri arasında aparılan danışıqlara əsasən, İranın bu ölkəyə təkrar ixracı və Avrasiya, MDB bazarlarında geniş iştirakı sahəsində ölkəmiz üçün çox yaxşı və müsbət nailiyyətlərin olacağı proqnozlaşdırılıb”.

 “İranın Ermənistana ixracının həcmi 20% artaraq 500 milyon dollara çatıb, halbuki əvvəllər bu ölkəyə ixracı 300 milyon dollar idi və ümid edirik ki, bu il Ermənistana ixrac dövriyyəmiz 800 milyon dollara çatacaq və daha sonra biz 1 milyard dollarlıq ixracat hədəfinə nail olacağıq”,-deyə o qeyd edib. 

 Xatırladaq ki, işğalçı Ermənistanla siyasi, iqtisadi və ticarət əlaqələrini maksimum genişləndirməyi özünə peşə seçən İran hökuməti, görünür, bunu xarici siyasətinin prioritetinə çevrib. Azərbaycanla mehriban qonşu, dost  və qardaşlıqdan riyakarcasına dəm vuran Tehran hökuməti indiyədək bir dəfə olsun Ermənistanı rəsmi şəkildə və qətiyyətlə işğalçı dövlət adlandırmayıb, İran parlamenti isə üstündən 30 il keçməsinə baxmayaraq, Xocalı soyqırımını hələ də tanımayıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …