Bazar ertəsi , May 25 2026
azfa

Ukrayna Rusiyanın 15300 hərbçisi və 99 təyyarəsini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Rusiyanın müharibə başladığı gündən indiyə qədər olan itkiləri haqda məlumatı yeniləyib.

Ukrayna Müdafiə Nazirliyi artıq Rusiyanın 15300-ə yaxın hərbçisini məhv edildiyini bildirib.

Qeyd edilib ki, 21 mart gecə saatlarına qədər olan məlumata görə, Rusiya 509 tank, 1556 hərbi zirehli maşın, 252 artilleriya sistemi, 80 reaktiv yaylım atəş sistemi, 45 hava hücumundan müdafiə sistemi, 99 təyyarə, 123 helikopter, 1000 avtomobil texnikası, 3 gəmi/kater, 60 yanacaq-sürtkü materialları sisterni, 35 PUA, 15 xüsusi texnika itirib.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …