Ukrayna Rusiyanın 17500 hərbçisini və 135 təyyarəsini məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müharibənin 36-cı günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, fevralın 24-dən martın 31-nə qədər düşmənin 17.500-dən çox əsgəri, 614 tankı, 1735 hərbi zirehli maşını, 311 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 HHM sistemi, 135 təyyarə, 131 helikopter, 1201 avtomobil texnikası, 7 gəmi/kater, 75 yanacaq sistemi, 83 PUA, 22 xüsusi texnika, 4 ədəd taktiki raket kompleksi məhv edilib.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müxtəlif bölgələrdə yaşayış məntəqələrinin Rusiya hərbçilərindən azad edildiyini bildirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

“Düşmən əvvəllər itirdiyi mövqeni bərpa etmək üçün Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirməyə çalışır”, – məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin Malaya Roqan kəndini də işğalçılardan azad edib.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …