Bazar ertəsi , İyun 23 2025
azfa

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 44 300 hərbçisini itirib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 889 tank, 4 179 zirehli döyüş maşını, 1010 artilleriya sistemi, 265 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 197 helikopter, 793 PUA, 190 qanadlı raket, 15 gəmi, 3 061 avtomobil texnikası və avtosistern, 93 xüsusi texnikadan ibarətdir.

Həmçinin son gündə Ukrayna Silahlı Qüvvələri Donbasda bir çox istiqamətlərdə rus qoşunlarının hücumunu dəf ediblər.

Rusların Kramatorsk istiqamətində Mixaylovka-Vimkaya hücm cəhdi uğursuz alınıb. Ukrayna ordusunun zərbələri ilə qarşılanan rus qüvvələri geri çəkilməyə məcbur olublar.

Baxmut istiqamətində isə Vladimirivka-Soledar, Pokrovsk-Baxmut, Klinov, Semixriya- Zaytsev, Kodema və Xolmivskyə hücuma keçiblər. Amma ruslar heç bir hücum istiqamətində nəticə əldə etməyiblər və itkilərlə geri çəkiliblər.

Avdivsk istiqamətində də döyüşlər şiddətlənib. Rusiya qoşunlarının Lozov-Pervomaysk istiqamətində hücum əməliyyatı nəticəsiz başa çatıb, geri çəkilməli olub.

Həmçinin yoxlayın

Təbrizdə Sepah-ın silah anbarları və bazaları vuruldu-Video

GADTB: Bu gün səhər saatlarında Təbrizin bie neçə bölgəsində Sepah-ın silah anbarları və bazaları vurulub. …

Xameneinin öldürülməkdən qorxaraq bütün elekteron əlaqələrini kəsdi

GADTB: Öldürülməkdən qorxan Xamenei gizlənərək bütün elekteron əlaqələrini kəsib. Bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən …