Çərşənbə , Sentyabr 23 2026
azfa

Ukraynanın 11 gündə Rusiyanın 46 min hərbçisini sıradan çıxardığı bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 11 gün ərzində Ukrayna ordusu Rusiya ordusunun 46 minə qədər əsgərini neytrallaşdırmağı bacarıb.

Bu barədə Müdafiə Strategiyası Mərkəzinin rəhbəri, sabiq müdafiə naziri Andrey Zaqorodnyuk deyib.

O bildirib ki, bu rəqəmə ölən, yaralanan və əsir düşən rus əsgərləri daxildir.

Onun sözlərinə görə, 24 fevralda Ukraynaya Rusiyanın 145 minlik ordusu daxil olub – 110 min quru qoşunu, 35 min isə xüsusi qüvvələr (OMON, SOBR, Rusiya Qvardiyası).

Zaqorodnyuk deyib ki, hazırda Rusiyanın Ukraynada 100 minə qədər qüvvəsi qalıb.

Sabiq nazir bildirib ki, 6 mart tarixinə qədər düşmən ordusu 11 min əsgər itirib, 35 minə yaxın isə yaralısı var.

Hazırda müharibənin 12-ci günündə qarşıdurmalar davam edir. Bölgədən gələn görüntülər qan dondurarkən, Ukrayna küçələri meyitlər meydanına çevrilib.

Bir çox şəhərdə bombardman hadisələri yaşanarkən çoxlu mülki vətəndaş və əsgər həyatını itirdi.

Ukraynanın küçələri meyit meydanına çevrilib.

Ukrayna Baş Qərargahı Rusiya ordusunun Luqansk istiqamətində baş verən qarşıdurmalarda 40-a yaxın əsgər və 11 hərbi maşını itirdiyini bildirib. Digər tərəfdən Ukrayna ölən rus əsgərlərinin görüntülərini paylaşıb. Rusiya hətta ölən hərbçilərini də atıb qaçır və onlara sahib çıxmır. Ən yaxşı halda öldürülən rus hərbçiləri rusların özləri tərəfindən yanıdırılır. Diktator Putin həqiqi bəşəri faciəyə səbəb olur.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …