Cümə axşamı , Yanvar 30 2025
azfa

Urmiya gölü 23 bəndlə qurudulur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölü çaylar üzərində qurulan 23 bəndlə qurudulur.

Azərbaycanın ən böyük göllərindən biri olan, müxtəlif bitki və heyvan növlərinin əhəmiyyətli yaşayış yeri sayılan Urmiya gölü 23 bəndin tikintisi və su ehtiyatlarının düzgün idarə edilməməsi səbəbindən yox olmaq üzrədir.

Hazırda Urmiya gölünün ümumi həcmindən cəmi 10%-i qalıb. Suyun səviyyəsinin belə azalması ciddi ekoloji və iqtisadi fəsadlar törədir və milyonlarla köçəri quşların və bölgə sakinlərinin həyatını təhlükə altına atır.

Qeyd edək ki, Urmiya gölünün qurumasının əsas amillərindən biri də onun su hövzəsi ərazisində 23 bəndin tikilməsi və həmin bəndlər vasitəsiə gölə suyun axmasının qarşısının alınmasıdır.

Həmçinin yoxlayın

Azərbaycanlı tərəfdarlar “Təbriz, Baki, Ankara – Biz Hara Farslar Hara” şüarı səsləndirdilər- Video

GADTB: Dünən Urmiya Bələdiyyəsinin voleybol komandası Voleybol Premyer Liqasının 22-ci həftəsinin ən vacib matçında Foolad …

Xameneyi yaşıl işıq yandırdıqdan sonra İranda ABŞ ilə danışıqlar ritorikası başlayıb

GADTB: İranın ali rəhbəri Əli Xameneyinin ABŞ-la danışıqlara yaşıl işıq yandırmasından sonra bəzi rəsmilər “ədalətli …