Cümə , Dekabr 27 2024
azfa

Urmiya gölünün duz qasırğası Güney Azərbaycanı xarabaya çevirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölü qurudulandan sonra duz qasırğaları Güney Azərbaycanı xarabaya çevirməkdədir. Dünəndən əsən güclü külək Urmiya gölü ətrafı bütün şəhərlərdə, o cümlədən Qoşaçay-Sayınqala istiqamətində, Əcəbşir-Binab istiqamətində və s. bölgələrdə kəskin duz qarşılığı olan tozlu küləklər müşahidə edilib.

Hələlik Qərbi və Şərqi Azərbaycan ərazilərində müşahidə edən dağıdıcı qasırğalar tədricən bütün əkin ərazilərini məhv edəcək və hətta həmin duz qasırğalarının Qəzvin və Əraka qədər gedib çata biləcəyi söylənilir. Ümumiyyətlə İran dövlətinin Urmiya gölünü qurutmaqla Güney Azərbaycan xarabaya çevirməsi nəticəsində artıq 14 milyondan çox insanın həyatı təhlükəyə düşüb.

Qeyd edək ki, Urmiya gölünü qurudan İran dövləti son on ildə gölün qurudulmasına etiraz etməklə diqqəti məsələyə yönəldən yüzlərlə azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın